Günay Əfəndiyeva Bursa Valisi Yakup Canpolat ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Bursa Valisi Yakup Canpolat ilə görüşüb

11 dekabr 2022 12:02

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan “Şuşa Günləri” çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayevə Bursa Valisi Yakup Canpolat ilə görüşüblər.

Görüş zamanı Bursanın 2022 il Türk Dünyasının Mədəniyyət Paytaxtı dönəminin uğurla həyata keçirildiyi vurğulanıb, bu fəxri statusun Azərbaycanın tarixi və mədəni incisi olan Şuşaya ötürülməsinin böyük əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Şuşa və Azərbaycanın bütün işğaldan azad olunmuş torpaqlarının yenidən dirçəlməsi, həmən torpaqlara həyatın qayıdışı və orada geniş miqyaslı bərpa işlərinin aparılması haqqında söhbət aparılıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur