Günay Əfəndiyeva Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli ilə görüşüb

23 dekabr 2022 12:23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli ilə görüşüb.

Görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mərkəzi Asiya Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə naziri təbrik edib. Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın qurucu üzv dövləti Qazaxıstanın çoxəsrlik mədəni irsinin təbliği istiqamətində Fond tərəfindən həyata keçirilən layihələrdən söz açaraq, ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi yönündə gələcək planlardan bəhs edib. Günay Əfəndiyeva Türk Dünyasının inteqrasiya proseslərinin sürətləndirilməsi məqsədilə Türk Əməkdaşlıq Təşkilatlarının ortaq fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, bu xüsusda nazirin uğurlu təcrübəsini qeyd edib.

Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli Türk Əməkdaşlıq Təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işlərin Türk Dünyasının birlik və həmrəyliyinin gücləndirilməsinə önəmli töhfə verdiyini nəzərə çatdırıb. Nazir Fond tərəfindən üzv dövlətlər ilə qurulan sıx əməkdaşlığı, eləcə də Qazaxıstanın sahib olduğu zəngin dəyərlərin öyrənilməsi və beynəlxalq miqyasda tanıdılmasını təqdirəlayiq hesab etdiyini bildirərək, təşkilata daimi dəstəyini ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsiylə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur