Günay Əfəndiyeva Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

26 dekabr 2022 12:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər nazirinin müavini Adil Tursunov ilə görüşüb.

Görüşdə Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Adil Tursunov qonağı salamlayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə verilən töhfələri yüksək qiymətləndirib. Adil Tursunov Fond ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğulayaraq, həyata keçirilən layihələri dəstəkləməyə hazır olduğunu bildirib.

Öz növbəsində Fondun prezidenti Günay Əfəndiyeva Fondun qurucu üzv dövləti, Türk Dünyasının ayrılmaz parçası Qazaxıstanın qədim və zəngin dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması yönündə təşkilatın fəaliyyətindən söz açıb. Fondun prezidenti təşkilatın növbəti il üzrə qarşısına qoyduğu məqsədlərindən, eləcə də Qazaxıstanla əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində planlarından bəhs edib.

Görüş tərəflər arasında tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur