Günay Əfəndiyeva “Qırğızıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisində iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva “Qırğızıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisində iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Qırğızıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisində iştirak edib. Tədbir Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması çərçivəsində həyata keçirilib.
Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycan və Qırğızıstan arasındakı dostluq əlaqələrinin əhəmiyyətindən söz açaraq, tədbirin uğurla təşkil olunması münasibətilə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevi təbrik edib.
Tədbirdə rəsmlərin müəllifləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət xadimləri iştirak ediblər. Sərgidə Azərbaycanlı uşaqlar tərəfindən Qırğızıstanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, təbiətinə həsr edilmiş 125 rəsm əsəri nümayiş olunub.