Günay Əfəndiyeva “Şuşa İli” nə həsr edilmiş “Mədəni irsin qorunmasının aktual problemləri adlı” konfransda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva “Şuşa İli” nə həsr edilmiş “Mədəni irsin qorunmasının aktual problemləri adlı” konfransda iştirak edib

03 noyabr 2022 12:02

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Şuşa İli”nə həsr edilmiş “Mədəni irsin qorunmasının aktual problemləri adlı” konfransda iştirak edib.

Tədbirdə çıxış edən Fondun prezidenti Türk dünyasının ayrılmaz parçası olan Qarabağın işğaldan azad edilməsini tarixi hadisə kimi qiymətləndirib. Günay Əfəndiyeva Azərbaycan Respublikasının prezident cənab İlham Əliyev tərəfindən cari ilin “Şuşa ili” elan edilməsinin Azərbaycanın çoxəsirlik mədəni irsinin daha dərindən öyrənilməsinə, qorunmasına və yaşadılmasına yönəlik mühüm addım olduğunu deyib. Günay Əfəndiyeva qloballaşma dövründə mədəni irsin qorunması məsələsinin vacibliyini vurğulayaraq, bunun Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.

Fondun prezidenti çıxışında Türk dünyasının mədəni irsinin mühafizəsi məqsədi ilə hərbi münaqişələr dövründə Qarabağ ərazisində abidələrə dəymiş ziyanların aradan qaldırılması yönündə təşkilat tərəfindən həyata keçirilən və gəcələcəkdə planlaşdırılan layihələr haqqında məlumat verib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur