Türkiyənin Bursa şəhərinin İznik bölgəsində IV Dünya Köçəri Oyunları təşkil olunub
Xəbərlər
Türkiyənin Bursa şəhərinin İznik bölgəsində IV Dünya Köçəri Oyunları təşkil olunub
29 sentyabr-2 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Bursa şəhərinin İznik bölgəsində IV Dünya Köçəri Oyunları təşkil olunub.
Tədbirin açılış mərasimində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Erdoğan, Qırğız Respublikasının prezidenti Sadır Caparov və digər dövlət və hökumət başçıları, Türk Əməkdaşlıq Təşkilatlarının, o cümlədən Türk Dövlətləri Təşkilatı, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türk Akademiyasının rəhbərləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak etmişlər.
Dünya Köçəri Oyunlarının təşkil edilməsinin əsas məqsədi türk xalqlarına məxsus olan zəngin tarixi, mədəniyyəti və ənənələri dünyaya tanıtmaq, gədim köklərə malik türk xalq oyunlarını yaşadaraq, gələcək nəsillərə ötürməkdir. İlk 2014, 2016 və 2018-ci illərdə keçirilən Dünya Köçəri Oyunları Qırğızıstanda təşkil olunmuşdur.