Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qırğızıstanla bağlı həyata keçirilən layihələrdən söz açılıb. Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qırğız Respublikası arasında əlaqələrin gücləndirilməsindən, nəzərdə tutulan birgə planlardan bəhs olunub.
Tərəflər Fond ilə ölkənin qarşılıqlı iş birliyinin yeni sahələrinin araşdırılması istiqamətində müzakirələr aparıblar. Türk xalqlarının çoxəsrlik irsinin təbliğinə, mədəni mübadilələrinin artırılmasına, eləcə də təhsil və tədqiqat yönümlü əməkdaşlığın inkişafına dair layihə və təşəbbüsləri dəyərləndiriblər.
Görüş Fond ilə Qırğızıstan arasında mövcud tərəfdaşlığın gələcək perspektivlərinə dair fikir mübadilələri ilə başa çatıb.