Daşkənddə "Cədidlərin maarifçilik fəaliyyəti: ideyalar, məqsədlər və Türküstanın inkişafına töhfələr" mövzusunda beynəlxalq konfrans keçirilib

Xəbərlər

Daşkənddə "Cədidlərin maarifçilik fəaliyyəti: ideyalar, məqsədlər və Türküstanın inkişafına töhfələr" mövzusunda beynəlxalq konfrans keçirilib

09 mart 2023 21:56
Daşkənddə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Repressiya Qurbanlarının Dövlət Xatirə Muzeyinin təşkilatçılığı ilə "Cədidlərin maarifçilik fəaliyyəti: ideyalar, məqsədlər və Türküstanın inkişafına töhfələr" mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu digər Türk Əməkdaşlıq Təşkilatları ilə tədbirin həmtəşkilatçısı kimi çıxış edib. Açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına müraciət məktubu oxunub. Məktubda qeyd olunub ki, öz dövrünün mütərəqqi nümayəndələri olan Cədidlər son dərəcə çətin şəraitdə bilik və maarif, təhsil və tərbiyə sahələrində köklü islahatlar yolu ilə milli inkişaf ideyası ilə çıxış ediblər. Müraciətdə həmçinin Türk Əməkdaşlıq Təşkilatlarına konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığ bildirilib. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Rusiya, Almaniya və İsveçdən 120-dən çox aparıcı ekspert və alim, ictimai xadim və rəsmi şəxslər maarifçi Cədidlərin həyatı, ictimai fəaliyyəti, elmi və yaradıcı irsi haqqında məruzələrlə çıxış ediblər. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Mirbek Karıbayev iştirak edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur