Günay Əfəndiyeva Abdullah Eren ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Abdullah Eren ilə görüşüb

21 yanvar 2023 01:12

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) rəhbəri Abdullah Eren ilə görüşüb.

Görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Türk xalqlarının zəngin mədəniyyətinin mühafizə edilməsi və yaşadılmasına yönələn layihələrdən, keçirilmiş tədbirlərdən, çap olunmuş nəşrlərdən bəhs edib. Günay Əfəndiyeva müxtəlif ölkələrin ərazisində məskunlaşmış azsaylı türk etnik kökənli xalqlarla Fondun geniş əlaqələrə malik olmasını nəzərə çatdıraraq, təşkilatın mərkəzi qərargahında rəsmilərin, eləcə də icma nümayəndələrinin iştirakı ilə konfransların, sərgilərin həyata keçirildiyini vurğulayıb.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) rəhbəri Abdullah Eren Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarına göstərilən diqqəti yüksək qiymətləndirib. O, ortaq tarixə və mədəniyyətə sahib türk xalqları ilə bağlı çalışmaların aparılmasının rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən olduğu barədə məlumat verib. Abdullah Eren bu səpkidə qurumun təşkilat ilə birgə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

Görüş qarşılıqlı əlaqələrin gələcək perspektivlərinin dəyərləndirilməsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur