Günay Əfəndiyeva Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Xəbərlər
Günay Əfəndiyeva Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov ilə görüşüb.
Görüşdə mədəniyyət vasitəsilə xalqlar arasında körpülərin, yeni qarşılıqlı əlaqələrin qurulması müasir dövrün vacib məsələlərindən biri kimi dəyərləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xalqların mədəni sahədə yaxınlaşdırılması yönündəki fəaliyyətləri vurğulanıb. Zəngin ümumtürk maddi-mənəvi dəyərlərinin beynəlxalq miqyasda tanıdılması məqsədilə Fond tərəfindən aparılan işlər ölkələrarası mədəni mübadilə və tərəfdaşlığa töhfə kimi qiymətləndirilib. Türk Dünyasının qədim mədəni irsinin daha geniş auditoriyaya çatdırılması yönündə gələcək əməkdaşlığın imkanları müzakirə olunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri ilə davam edib.