Günay Əfəndiyeva Qazaxıstan Respublikasına səfərı çərçivəsində ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Qazaxıstan Respublikasına səfərı çərçivəsində ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10 oktyabr 2023 03:33

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Qazaxıstan Respublikasına səfərləri çərçivəsində ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüblər. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri akademik Nizami Cəfərov, Fatma Yıldırım, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov iştirak ediblər.

Görüşdə Astana və Türkistan şəhərlərində “Şuşa Günləri”nin keçirilməsinin Azərbaycan və Qazaxıstan arasındakı tarixi qardaşlıq bağlarının, dostluq münasibətlərinin gücləndirilməsindəki önəmli rolu vurğulanıb. Həmçinin Fondun qazax xalqının böyük şair-mütəfəkkiri Abay Kunanbayevə həsr olunmuş “Abay Azərbaycanda və Dünyada” adlı yeni kitabının nəşr edilməsii və Astanada təqdimatı, Abayın 175 illik yubileyi münasibətilə Fond tərəfindən İspaniyada poçt markalarının çap edilərək dövriyyəyə buraxılması və təşkilatın mərkəzi qərargahında “Abay Günü”nün keçirilməsi kimi məsələlər qeyd olunub.

Tərəflər arasında mədəniyyət və irs sahəsində qarşılıqlı səylərə və əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bir sıra məsələlər müzakirə olunub. Ortaq fəaliyyətə və əməkdaşlığa dair gələcək planlar nəzərdən keçirilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur