Günay Əfəndiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə iştirak edib
Xəbərlər
Günay Əfəndiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə iştirak edib
05 iyul 2023
09:31
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli”adı altında 5 iyul 2023-cü il tarixində Bakıda keçirilən Nazirlər görüşündə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti Zari-Aliləri cənab İlham Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında xalqlar arasında əməkdaşlığa, sülhə və tərəqqiyə təkan verən daha ədalətli beynəlxalq nizamın yaradılmasının zərurətini vurğulayıb.
Tədbirə 93 ölkəni və 11 beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyətləri qatılıb.
Nazirlər görüşündə Hərəkatın gündəliyində duran müxtəlif mövzuların müzakirəsi ilə yanaşı, Yekun Sənədlərin, o cümlədən Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulub.