Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edir

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edir

12 dekabr 2023 12:00

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyamiqyaslı dövlət adamı və siyasi xadim Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Ulu Öndər Heydər Əliyev nəhəng fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafının təməlini qoymuş, ömrünü Vətəninə və xalqına həsr etmiş dahi lider kimi adını tarixə qızıl hərflərlə yazdırmışdır. Heydər Əliyev Türk xalqlarının mədəni irsinin, ortaq dəyərlərinin yaşadılması, həmrəylik və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi yönündə Türk Dünyası qarşısında layiqli xidmətlər göstərmişdir.
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın və bütövlükdə Türk Dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edir

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur