Türk Mədəniyyəti və İrsi Fondu UNESCO ilə əlaqələrini genişləndirir
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondu UNESCO ilə əlaqələrini genişləndirir
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ilə görüşüb.
Görüşdə Fondun prezidenti Aktotı Raimkulova müasir dövrdə Türk Dünyasının çoxəsrlik irsinin qorunması və təbliğinin əhəmiyyətindən, eləcə də təşkilatın bu yöndə geniş miqyaslı fəaliyyətlərindən söz açıb.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Aktotı Raimkulovanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edərək, təşkilatın fəaliyyətinə tam dəstəyini ifadə edib.
Görüşdə Fond ilə UNESCO arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və yeni istiqamətlərinin müəyyənləşdirilməsinin önəmi vurğulanıb.
Eyni zamanda UNESCO çərçivəsində ümumdünya mədəni irsinin mühafizəsinə dair hüquqi sənədlərdən bəhs olunub.
Görüş Türk dövlətlərinin UNESCO-da mövqelərinin daha da gücləndirilməsi məqsədilə gələcək birgə tərəfdaşlığın perspektivləri ətrafında müzakirələrlə davam edib.