Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov arasında görüş keçirilib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov arasında görüş keçirilib
Türk Mədəniyyəti və İrsi Fondunun baş qərarqahında təşkilatın prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov ilə görüşüb.
Görüş zamanı Fondun prezidenti Aktotı Raimkulova cari ildə təntənə ilə qeyd olunan Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının 100-illiyi münasibətilə bütün Türk dünyasını təbrik edib. Aktotı Raimkulova türk xalqlarının qədim irsinin beynəlxalq aləmdə təbliği ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.
Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov Fondun Türk xalqları arasında mədəni əlaqələrin güclənməsi istiqamətindəki geniş fəaliyyətini yüksək qiymətləndirib. Həsən həsənov Türk Dünyasının mədəni və milli-mənəvi dəyərlərinin dünya miqyasında tanıdılmasının vacibliyindən söz açaraq, Fond tərəfindən keçirilən tədbirlərə dəstək verəcəyini bildirib.
Görüş əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi ilə davam edib