Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi ilə görüşüb

05 dekabr 2023 12:02

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mərkəzi qərargahında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er ilə görüşüb.

Aktotı Raimkulova dəvət üçün təşəkkürünü bildirərək, ilk növbədə Türkiyə Cümhuriyyətini quruluşunun 100 illiyi münasibətilə təbrik edib. Görüşdə təşkilatın rəhbəri Türk Dünyasının zəngin mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliği, türk xalqları arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr həyata keçirən Fondun fəaliyyətindən bəhs edib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətlərinin Parlament Assambleyası arasında mövcud əməkdaşlığı vurğulayaraq, Türk Dünyasının mədəniyyətinin və irsinin qorunması və təbliği sahəsində təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər, eləcə də birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadilələri ilə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur