Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

12 dekabr 2023 11:11

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı ilə görüşüb.

Görüşdə Fondun prezidenti Aktotı Raimkulova Türkiyə Respublikasını şanlı 100 illiyini tamamlaması münasibətilə təbrik edib.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Türk xalqlarının dostluq və qardaşlıq əlaqələrinin, həmrəyliyinin möhkəmləndirilməsi naminə böyük xidmətlər göstərmiş Heydər Əliyevin 100 illiyinin ölkə miqyasında və beynəlxalq səviyyədə təntənəli qeyd olunması vurğulanıb.

Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı fəxri ünvanını layiqincə daşıması, cari ildə çoxsaylı tədbirlərə uğurla ev sahibliyi etməsi qeyd olunub. Eyni zamanda bu çərçivədə Fond tərəfindən müxtəlif ölkələrdə böyük miqyaslı layihələrin həyata keçirilməsi yüksək dəyərləndirilib.

Görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikası arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərindən bəhs olunub. Təşkilatın ölkənin mədəni irsinin tanıdılması istiqamətində həyata keçirdiyi layihə və tədbirlərə diqqət çəkilib. Mövcud tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi yönündə gələcək perspektivlər müzakirə olunub.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur