Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi AMEA-nın prezidenti ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi AMEA-nın prezidenti ilə görüşüb

30 dekabr 2023 12:02

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli ilə görüşüb.

Görüşdə akademik İsa Həbibbəyli AMEA-da aparılan elmi-tədqiqat istiqamətlərindən söz açıb. O, fəaliyyətində Türk dövlətlərinin başçılarının tapşırıq və tövsiyələrini rəhbər tutan Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə əməkdaşlığın perspektivini vurğulayıb. İsa Həbibbəyli AMEA-nın Fond ilə qarşılıqlı elmi əlaqələrini genişləndirilməsinin Türk Dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın fəaliyyətlərindən, eləcə də nəzərdə tutulmuş iş planlarından bəhs edib. Aktotı Raimkulova Fondun elm sahəsində həyata keçirdiyi layihələrdə AMEA ilə əməkdaşlığın önəmini qeyd edib. O, Fond ilə AMEA-nın tərəfdaşlıq əlaqələri çərçivəsində gerçəkləşdirilən layihələrin Türk Dünyasında elm sahəsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri ilə davam edib.

Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AMEA Rəyasət Heyətinin binası ilə tanış olub, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirildiyi Böyük akt zalına baxıb. Fondun rəhbərinə binanın tarixi, memarlıq üslubu ilə bağlı ətraflı məlumat verilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur