“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

12 iyul 2023 08:59
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib. Konfransda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, fəxri qonaqlar, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur