Azərbaycan Milli Konservatoriyası ilə Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Musiqi və Rəqs Ənənələri üzrə Beyn...

Xəbərlər

Azərbaycan Milli Konservatoriyası ilə Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Musiqi və Rəqs Ənənələri üzrə Beynəlxalq Şuranın “İrs sədaları: musiqi zənginliklərinin araşdırılması və Rəqs” adlı beynəlxalq simpoziumu keçirilib

23 sentyabr 2024 11:40

Simpozium dünya musiqi tarixinin tədqiqi, o cümlədən türk xalqlarının musiqi və rəqs ənənələrinin qorunub saxlanması və inkişafı, onların dünya mədəniyyəti ilə əlaqəsi məsələlərini müzakirə etmək üçün müxtəlif ölkələrdən tədqiqatçıları və praktikləri bir araya toplayır. Bu mövzular türk dünyasının mədəni irsinin dəstəklənməsi və tanıdılması, o cümlədən türkdilli ölkələr və xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsində fəal iştirak edən Fondun missiyası ilə bilavasitə bağlıdır.

Simpoziumun mövzuları mədəni dialoq kontekstində musiqi və rəqs tarixinin görkəmli şəxsiyyətlərini, Şuşa şəhərinin mədəni irsini, , eləcə də musiqi terapiyasının perspektivlərini - ənənələri qorumaq və müasir dövrə uyğunlaşdırmaq istəyini əks etdirir.  Məruzələr, dəyirmi masalar, konsertlər, ustad dərsləri vasitəsilə bilik və təcrübə mübadiləsi aparmaq üçün buraya toplaşan elm və mədəniyyət xadimləri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirik. Bu, türk dünyasının adət-ənənələrinin dəstəklənməsi, inkişaf etdirilməsi yönündə elmi və yaradıcılıq fəaliyyətini birləşdirmək üçün nadir fürsətdir.

Türk Mədəniyyəti və İrsi Fondunun tədqiqatçı eksperti Serik Nurmoldayev çıxışında qeyd edib ki, bugünkü toplantı musiqi və rəqs ənənələrinin öyrənilməsi və qorunub saxlanması sahəsində fikir mübadiləsi, yeni üfüqlərin açılması üçün mühüm platformaya çevriləcək. O, həmçinin bildirib ki, Fond mədəni dialoqun elmi cəhətdən dərk edilməsində və təbliğində mühüm rol oynayan bu cür tədbirləri dəstəkləməkdən məmnundur.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur