Azərbaycanda “Qırğız Mədəniyyəti Günləri”çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görkəmli qırğız şairi Alıkul Osmonovun “Zamandan zamana” adlı kitabının təqdimatı keçirilib...
Xəbərlər
Azərbaycanda “Qırğız Mədəniyyəti Günləri”çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görkəmli qırğız şairi Alıkul Osmonovun “Zamandan zamana” adlı kitabının təqdimatı keçirilib
25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan-Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qırğız və Azərbaycan dillərində nəşr olunan görkəmli qırğız şairi Alıkul.Osmonovun “Zamandan zamana” adlı kitabının təqdimatı keçirilib.
Nəşr Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə çap olunub. Nəşrin layihə rəhbəri və ön sözünün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovadır.
Qeyd olunmalıdır ki, kitab Fond tərəfindən başladılan böyük layihənin - “Türk Dünyasının ədəbi inciləri” adlı kitab seriyasının ilk nəşridir.Kitabda yer alan şeirləri Azərbaycan dilinə tanınmış şair və manasşünas alim Adil Cəmiltərcümə edib.
Tədbirdə çıxış edən Aktotı Raimkulovaədəbiyyat amilini Türk xalqlarının daha yaxından inteqrasiyası istiqamətində ən vacib vasitələrdən biri kimi qiymətləndirib. O, Fondun yeni nəşr layihəsinin - Azərbaycanın tanınmış şairi, manasşünas alim Adil Cəmilin poetik tərcüməsində Qırğız və Azərbaycan dillərində çap olunan “Zamandan zamana” kitabının Türk dünyası ədəbiyyatının qarşılıqlı şəkildəöyrənilməsinə töhfə vermək məqsədi daşıdığını bildirib.
“Gələn il böyük şair Alikul Osmonovun 110 illiyi tamam olur. Təbii ki, onun doğum günü həm vətənində, həm də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunacaq. Bu nəşr şairin yubileyi münasibəti ilə “Türk ədəbiyyatı inciləri” adlı toplunun ilk kitabı kimi nəşr olunur. Mən bu təşəbbüsə görə Qırğızıstanın Azərbaycandakı səfiri cənab Kayrat Osmonaliyevə dərin minnətdarlığımı bildirirəm”, - deyə AktotıRaimkulova qeyd edib.
O, daha sonra Fondun fəaliyyət planında təşkilatın üzv və müşahidəçi dövlətlərində bərpa və yenidənqurma proseslərinin həyata keçirilməsi yönündə layihələrə diqqət çəkib:
“Fond tərəfindən bu sahədə ilk növbədə Qarabağın Füzuli rayonundakı Qoçəhmədli məscidinin təmiri və qırğız yazıçısı Alıkul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpası nəzərdə tutulub.”
Tədbirdə həmçinin, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Respublikasınınmədəniyyət nazirinin müavini Murad Hüseynov, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajimaliyev, eləcə də Azərbaycanın və Qırğızıstanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.