Dünyası Mədəni İrsinin Çoxdilli Kataloqunun yaradılmasına hazırlıq üzrə Məşvərət Komitəsinin təsis yığıncağı keçirilib
Xəbərlər
Dünyası Mədəni İrsinin Çoxdilli Kataloqunun yaradılmasına hazırlıq üzrə Məşvərət Komitəsinin təsis yığıncağı keçirilib
Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Fonda üzv ölkələrin nümayəndələri, mədəni irs sahəsində müstəqil ekspertlər iştirak ediblər.
Məşvərət Komitəsinin məqsədi Fondun iştirakçısı olan ölkələrdə və onun hüdudlarından kənarda türk mədəni irsi abidələri haqqında məlumatları bir araya gətirəcək layihə hazırlayıb həyata keçirməkdir. Bu kataloqun yaradılması türklərin mədəni irsinin ümumiliyini və zənginliyini nümayiş etdirməklə yanaşı, xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsinə yönəlmiş mühüm təşəbbüsdür.
İki iş günü ərzində görüş iştirakçıları layihənin metodoloji, struktur və təşkilati aspektlərini müzakirə ediblər. İclasın yekununda tərəflər Məşvərət Komitəsinin təsis sənədlərini təsdiq ediblər.
Çap kataloqunun nəşrini və onlayn resursun yaradılmasını nəzərdə tutan bu böyük layihə türk xalqlarının mədəni irsinin tanıdılmasını, məlumatların geniş auditoriyaya çatdırılmasını təmin etmək və həm regional, həm də beynəlxalq səviyyədə mədəni mübadilələri təşviq etmək məqsədi daşıyır.