Qırğız Respublikasının Birinci xanımı Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

Xəbərlər

Qırğız Respublikasının Birinci xanımı Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

15 noyabr 2024 13:11

Qırğız Respublikasının Birinci xanımı Aygül Japarova Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Görüş zamanı türk mədəni irsinin qorunması və təbliği sahəsində əməkdaşlıq perspektivləri və təşəbbüsləri müzakirə edilib.

Beynəlxalq Muğam Mərkəzinin solistləri və 3 saylı Uşaq - gənclər inkişaf mərkəzinin iştirakı ilə Birinci  xanım üçün türk xalqlarının mədəni müxtəlifliyini təmsil edən  konsert proqramı təşkil edildi.

Türk Mədəniyyəti və İrsi Fondunu Türk əməkdaşlıq təşkilatlarının əsas qurumlarından biri olaraq Türk dünyasının mədəni dəyərlərinin qorunması, bərpası və təbliği istiqamətində fəaliyyət göstərir. Fondun prioritet vəzifələrindən biri "Turkheritage" ümumtürk mədəni irs obyektlərinin çoxdilli kataloqunun, türk dünyasının mədəni irs obyektlərinin rəqəmsal platformasının yaradılması, təcrübə mübadiləsi üzrə beynəlxalq təhsil proqramlarının həyata keçirilməsi, mədəni irs mərkəzlərinin açılması, eləcə də qardaş türk xalqlarının mədəni dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində Türk dövlət başçılarının Fond qarşısında qoyduğu digər vəzifələrin yerinə yetirilməsidir.

Birinci xanımın ziyarəti Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı çərçivəsində baş tutub.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur