Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktot...

Xəbərlər

Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın moderatorluğu ilə panel sessiyası keçirilib

14 mart 2024 19:43

ADA universitetində keçirilən “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın moderatorluğu ilə “mədəni irsin qorunması, sənədləşdirilməsi və təbliği üzrə Türk əməkdaşlıq təşkilatlarının əməkdaşlığı” başlığı altında panel sessiyası keçirilib.
Paneldə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Koordinatoru Hayrettin Özçelik, Türk Tarix Qurumunun sədri professor Yüksel Özgen, Türk Dil Qurumunun sədri professor Osman Mert, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Sənubər Bağırova, TÜRKPA-nın Baş katibinin müavini vəzifəsini icra edən, Qırğız Respublikası Joqorku Keneşinin nümayəndəsi Sakı Sadıkov, Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Azərbaycan Respublikasının YUNESKO-nun Ümumdünya İrs Konvensiyasının Milli Əlaqələndiricisi Rəşad Allahverdiyev, ICOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudova, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin Mədəni İrsin Qorunması və İnkişafı İdarəsinin rəisi Rinat Bakeev iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur