Türk Mədəniyyəti və İrsi Fondu ADA Universiteti ilə əlaqələrini genişləndirir

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu ADA Universiteti ilə əlaqələrini genişləndirir

24 yanvar 2024 22:22

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə görüşüb.

Görüşdə Fariz İsmayılzadə ADA Universitetinin fəaliyyətlərindən, Türk dövlətlərindən olan diplomatlar üçün təşkil olunan kurs və programlarından, yeni təsis olunmuş Dizayn və memarlıq fakültəsindən söz açıb. O, Türk ölkələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin universitet üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Həmçinin, Türk Dünyasında bərpa və memarlıq sahəsində gənclərin peşəkar mütəxəssis kimi yetişməsi üçün imkanlar vurğulanıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilatın tarixi-memarlıq irsinin qorunması yönündə həyata keçirilmiş layihələrindən bəhs edib. Aktotı Raimkulova Fondun Türk dövlətlərinin və bir sıra xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrini vurğulayıb. Təşkilatın rəhbəri Fond ilə ADA Universiteti arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin önəmini qeyd edib.

Görüş Fond ilə ADA Universiteti arasında gələcək tərəfdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında müzakirələrlə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur