Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri iftar süfrəsi təşkil edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri iftar süfrəsi təşkil edib

09 aprel 2024 13:37

9 aprel 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri Aktotı Raimkulova dövlət qurumlarının və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri üçün iftar süfrəsi təşkil edib.
Fondun prezidenti salamlama nitqində dəvəti qəbul etdikləri üçün qonaqlara təşəkkür edib, müqəddəs Ramazan bayramı münasibətilə hər kəsi təbrik edib.
"Ramazan ayı humanizm və həmrəyliyin təcəssümüdür. Birlik və bərabərliyin daha da güclənməsidir. Bu müqəddəs bayramda tutulan orucların, edilən duaların qəbul olunmasını, eləcə də Türk xalqlarına sülh və firavanlıq arzulayıram", - deyə Aktotı Raimkulova bildirib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur