Türk Mədəniyyəti və İrsi Fondu ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondu ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Türk Mədəniyyəti və İrsi Fondu ilə ADA Universiteti arasında Türk mədəni irsinin qorunması və təşviqi sahəsində müntəzəm əlaqələrin, qarşılıqlı əməkdaşlığın davam etdirilməsiməqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Memorandum Fond ilə ADA Universiteti arasında Türk Dünyasının zəngin irsinin mühafizəsi və tanıdılması yönündə xarici siyasət, beynəlxalq əlaqələr, eləcə də digər müvafiq sahələrdə birgə tədqiqatlar, intellektual resursların inkişaf etdirilməsi, təlimlərin və mütəxəssislərin hazırlanması üçün müasir metodların tətbiqi və işlənib hazırlanması kimi məsələləri ehtiva edir.