Türk Mədəniyyəti və İrsi Fondu İstanbulda Türk Dünyası Fondu və Mərkəzi Asiya Beynəlxalq İnstitutu ilə Anlaşma Memorandumları imzalayıb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu İstanbulda Türk Dünyası Fondu və Mərkəzi Asiya Beynəlxalq İnstitutu ilə Anlaşma Memorandumları imzalayıb

27 sentyabr 2024 10:42

Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Fondu arasında İstanbulda Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunu Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri Aktotı Raimkulova,  Türk Dünyası Fondu adından isə qurumun sədri, Qəyyumlar Şurasının üzvü Nəbi Avcı imzalayıblar.
Sənəd iki Fond arasında birgə iş istiqamətlərini müəyyənləşdirərək, Türk xalqlarının mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi məqsədilə birgə tədbirlərin təşkili, Türk İrsi Mərkəzinin yaradılması və onun fəaliyyətinə dəstəyin verilməsi kimi maddələri özündə ehtiva edir.
Anlaşma Memorandumu gələcəkdə iki təşkilat arasında Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.
Bununla yanaşı, Türk Mədəniyyəti və İrsi Fondu və qərargahı Özbəkistanın Səmərqənd şəhərində yerləşən Mərkəzi Asiya Beynəlxalq İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Hər iki təşkilatın başçısı Aktotı Raimkulova və Evren Rutbil tərəfindən imzalanan sənəd dünyada yerləşən Türk abidələrin rəqəmsal sənədləşdirilməsi, eləcə də ortaq dil, tarix, ənənələrin öyrənilməsi üzrə birgə layihənin həyata keçirilməsini özündə əks etdirir.  

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur