Türk Mədəniyyəti və İrsi Fondu Macarıstanla əlaqələrini genişləndirir

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu Macarıstanla əlaqələrini genişləndirir

01 fevral 2024 12:38

Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Jozsef Torma ilə görüşüb.
Görüşdə Fondun prezidenti Aktotı Raimkulova yaxın gələcəkdə planlaşdırılan tədbirlərdən, təşkilata üzv və müşahidəçi ölkələrin zəngin irsinin qorunmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Macarıstanla əməkdaşlığın yeni mümkün istiqamətlərindən bəhs edib.
Görüş zamanı Türk xalqları arasında qarşılıqlı dialoqun inkişaf etdirilməsinin, eləcə də bu istiqamətdə birgə addımların atılmasının vacibliyi vurğulanıb. Tərəflər Fond ilə təşkilatın müşahidəçi üzv ölkəsi Macarıstan arasında əlaqələrin gücləndirilməsi məqsədilə bu il bir sıra tədbirlərin keçirilməsini planlaşdırdıqlarını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Fond ilə Macarıstan arasında Türk dünyasının maddi-mədəni dəyərlərinin təbliği sahəsində birgə əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur