Türk Mədəniyyəti və İrsi Fondu QazaxıstanRespublikasının Turizm və İdman Nazirliyi iləəməkdaşlığı genişləndirir

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu QazaxıstanRespublikasının Turizm və İdman Nazirliyi iləəməkdaşlığı genişləndirir

01 mart 2024 14:05

Türk Mədəniyyəti və İrsi Fondunun prezidentiAktotı Raimkulova Qazaxıstana səfəriçərçivəsində Qazaxıstan Respublikasının turizmvə idman naziri Yermek Marjıkpayev ilə görüşüb.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türkxalqlarının qədim və zəngin dəyərlərininqorunması və yaşadılması istiqamətində çoxşaxəlifəaliyyəti vurğulanıb. Fondun qurucu üzv ölkəsiQazaxıstan ilə əməkdaşlığı, eləcə də ölkəmədəniyyətinin təbliği istiqamətində həyatakeçirdiyi layihələr qeyd olunub.

Söhbət zamanı tərəflər Türk Dünyasının milli mədəniyyətini və çoxəsrlik adət-ənənələrininümayiş etdirmək, geniş miqyasda təbliğ etməkməqsədilə bu il Qazaxıstanda V ÜmumdünyaKöçəri Oyunlarının keçirilməsinin vacibliyinivurğulayıblar.

İclasda vurğulanıb ki, Fond Astanada keçiriləcəkV Ümumdünya Köçəri Oyunları çərçivəsindəAzərbaycanın atçılıq üzrə milli komandasınıniştirakı ilə bağlı Azərbaycan Milli İdman NövləriAssosiasiyası ilə fəal danışıqlar aparır. TürkMədəniyyəti və İrsi Fondunun, eləcə dəAzərbaycan Milli İdman Növləri Assosiasiyasınınbu təşəbbüsü Azərbaycanın Qarabağ atlarınıniştirakı ilə Türk Dünyasının qədim və zəngin adət-ənənələrini, dəyərlərini yaşatmaq məqsədidaşıyır.

Söhbət zamanı Azərbaycan komandasının Köçəriyarışlarında iştirakı ilə bağlı müzakirə aparılıb. Qazaxıstan tərəfi Fondun bu istiqamətdətəşəbbüsünü tam dəstəklədiyini bildirib.

İclasda qeyd olunub ki, Türk Mədəniyyəti və İrsiFondu Astanada V Dünya Köçəri Oyunlarıçərçivəsində keçiriləcək elmi-praktik konfransdaTürk Dünyasının alimlərinin iştirakı ilə bağlı işaparır.

Görüşdə Qazaxıstanın Turizm və İdman Nazirliyizəngin Türk irsinin qorunması üzrə Fondun layihəvə təşəbbüslərini tam dəstəklədiyini bildirib.İclasda V Ümumdünya Köçəri Oyunlarının Təşkilivə Keçirilməsi İdarəsinin rəisi Nail Nurov da iştirakedib.

Söhbət zamanı V Ümumdünya Köçəri OyunlarınınTəşkili və Keçirilməsi İdarəsinin Astanada baştutacaq Oyunlar çərçivəsində hazırlanan etnoaulproqramının konsepsiyasını təqdim edib. TürkMədəniyyəti və İrsi Fondu etnoaul işinə TürkDünyasının sənətkarlarını və dekorativ-tətbiqisənət ustalarını cəlb etməyə hazır olduğunubildirib.

Görüş milli oyunları və idman növlərini ehtivaedən qeyri-maddi mədəni irsin qorunubsaxlanması istiqamətində Türk Mədəniyyəti və İrsiFondu ilə Qazaxıstanın Turizm və İdman Nazirliyiarasında əməkdaşlığın perspektivlərinə dair fikirmübadiləsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur