Türk Mədəniyyəti və İrsi Fondu Qırğız Respublikasının Joqorku Keneşinin (Parlament) Komitəsi ilə əməkdaşlıq əlaqələri qurub

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu Qırğız Respublikasının Joqorku Keneşinin (Parlament) Komitəsi ilə əməkdaşlıq əlaqələri qurub

20 fevral 2024 11:01

Qırğız Respublikasına səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikası Joqorku Keneşinin Sosial Siyasət Komitəsinin sədri Vinera Raimbaçayeva ilə görüşüb.Aktotı Raimkulova mövcud strateji vəzifələrin Fond tərəfindən uğurla həyata keçirilməsi üçün Fond ilə Komitə arasında sıx işgüzar əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.Fond tərəfindən qırğız xalqının mədəni irsinin qorunması, bərpası və təbliğinə göstərilən diqqətə görə təşəkkürünü bildirən Vinera Raimbaçayeva Komitənin Fondun həyata keçirdiyi layihə və tədbirlərə dəstək verməyə hazır olduğunu qeyd edib.Tərəflər ayrı-ayrılıqda Fond tərəfindən Türk dünyasının mədəni irsinin qorunmasına dair Konvensiyanın yaradılması istiqamətində görülən işləri, o cümlədən Qırğızıstan nümayəndə heyətlərinin Fondun yaxın gələcəkdə planlaşdırılan tədbirlərində iştirakı məsələlərini müzakirə ediblər.Görüşdən sonra tərəflər fikir mübadiləsindən məmnunluq ifadə ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur