Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Auezovun evi” Elmi-Mədəniyyət Mərkəzini ziyarət edib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Auezovun evi” Elmi-Mədəniyyət Mərkəzini ziyarət edib
13 iyun 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova“Auezovun evi” Elmi-Mədəniyyət Mərkəzini ziyarətedərək, M. O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Kenjehan Matıjanov ilə görüşüb.
Görüşdə Qazaxıstan Respublikasının Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə MilliKomitəsinin sədr müavini Rüstəm Muzafarov, Muxtar Auezov adına Ədəbiyyat və İncəsənətİnstitutunun baş direktorunun müavini Torali Kıdır, Musiqişünaslıq kafedrasının müdiri AynurKaztuqanova və institutun əməkdaşları iştirakediblər.
Görüşdə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Raimkulova Türk mədəni irsinin qorunması, təbliğivə bərpası istiqamətində Türk Mədəniyyəti və İrsiFondu tərəfindən aparılan işlər haqqında danışıb.
Fondun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondunun türk mədəni irsinin qorunması, təbliği və bərpası istiqamətində gördüyü işlərdən danışıb.
Türk xalqlarının ortaq mədəni irsinin beynəlxalqsəviyyədə tanıdılması və bu səpkidə qarşıdaduran vəzifələrin icrası ilə bağlı müzakirələraparılıb.
Görüş Türk maddi-mədəni irsinin mühafizəsi və təbliği yönündə əməkdaşlığın möhkəmləndirilməsivə genişləndirilməsinə dair fikir mübadiləsi ilə davam edib.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova muzeyin eksponatları ilə tanış olub.