Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb...

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb

22 mart 2024 13:08

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun ortaq tarixi keçmişə, dəyərlərə sahib Türk xalqlarının mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması yönündə fəaliyyətlərindən bəhs olunub.
Fondun yeni transmilli Türk nominasiyasının - Türk Dünyasına məxsus orijinal sənət növü olan Qurama sənətinin UNESCO-nun Ümumdünya İrs Siyahısına təqdim edilməsi yönündə təşəbbüsü və apardığı işlər yüksək qiymətləndirilib.
Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi arasında əlaqələrin genişləndirilməsinə və gələcək birgə tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur