Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk dünyası üçün yaşıl üfüqlər...

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclasında iştirak edib

06 iyun 2024 16:16

6 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu mövzusunda 13-cü plenar iclası keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirdə iştirak edib.
Toplantıda çıxış edən Aktotı Raimkulova cari ildə qlobal miqyaslı tədbirə ev sahibliyi etməsi münasibətilə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilində Azərbaycana uğurlar arzulayıb.
Fondun prezidenti yaşıl gündəliyin hər bir xalqın davamlı və vahid gələcək qarşısındakı öhdəliyini əks etdirdiyini diqqətə çatdırıb. Aktotı Raimkulova yaşıl gündəliyin həyata keçirilməsində cəmiyyəti idarə edən qanunları formalaşdıran parlamentlərin önəmli rolunu vurğulayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında tədbirin uğurla keçirilməsi münasibətilə TÜRKPA-nı təbrik edib.
Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru Kayrat Sarıbay, TÜRKSOY Baş katibinin müavini Sait Yusuf, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Əli Əsgər Mohammadi Sicani, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (İOFS) baş direktoru Berik Arın, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Demirci, Manas Universitetinin Baş katibi Oktay Özgül çıxış ediblər.
 
TÜRKPA-nın 13-cü plenar sessiyasının sonunda bir sıra sənədlər qəbul edilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur