Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov ilə görüşüb.
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk xalqlarının mədəni irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi yönündə aparılan işlərdən söz açılıb. Fondun təşkilatın qurucu üzv ölkəsi Azərbaycanın qədim və zəngin mədəniyyətinin tədqiqi və təbliği istiqamətində layihələrindən bəhs edilib.
Təşkilat tərəfindən “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyanın hazırlanması müasir dövrdə Türk dövlətlərinin tarixi və mədəni sərvətlərinin mühafizəsi sahəsində mühüm addım kimi dəyərləndirib. Görüşdə Türk dövlətləri başçıları tərəfindən Fond qarşısında qoyulan tapşırıqlar və Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündə təsdiq edilən "TURKTIME" proqram sənədi üzrə Fondun gələcək fəaliyyəti müzakirə edilib. Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi olan Azərbaycan Respublikası ilə tərəfdaşlıq münasibətlərinə və birgə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi diqqətə çatdırılıb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin gələcək istiqamətləri, 2024-cü il üzrə həyata keçirilməsi planlaşdırılan layihələri ətrafında qarşılıqlı fikir mübadilələri aparılıb.