Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunu ziyarət edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunu ziyarət edib

03 aprel 2024 13:01

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulova “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunu ziyarət edərək Fondun icraçı direktoru Şəfəq Mehrəliyeva ilə görüşüb.

Görüşdə Azərbaycanın XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun fəaliyyətindən söz açılıb. 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulovaya Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. O, ev-muzeyini gəzərək yazıçıya məxsus fotoşəkillər və qiymətli əşyalarla tanış olub.

Görüşdə Aktotı Raimkulova Fondun çoxşaxəlifəaliyyət istiqamətində Türk Dünyasının böyük şair və yazıçılarının irsinin təbliği, eləcə də müasir dövrdə Türk xalqlarının ədəbi-mədəni inteqrasiyasının daha da dərinləşdirilməsi yönündə layihələrin yer aldığını vurğulayıb. O, həmçinin, Türk Mədəniyyəti və İrsi Fondunun müasir dövrdə yetişən Türk xalqlarının gənc qələm sahiblərinin bir araya gətirilməsi, eləcə də onların əsərlərinin işıqlandırılması yönündə planlaşdırılanlayihələrindən bəhs edib.

Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu arasında birgə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur