Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğızıstanın Milli Tarix Muzeyini ziyarət edib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğızıstanın Milli Tarix Muzeyini ziyarət edib
Qırğız Respublikasına səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Milli Tarix Muzeyində olub, burada qədim tikiş texnikası - kurak nümunələrindən ibarət sərgiyə baxıb.
“Ekokurak” layihəsinin yaradıcısı, tətbiqi rəssam Çolpon Alamanova Fondun prezidentinə Qırğızıstanda kurakın tarixi, fəlsəfəsi, simvolizmi və texnikası haqqında məlumat verib. Ayrı-ayrılıqda kurak texnikası ilə tikilmiş müasir geyim nümunələrinə baxış keçirilib. Sərgi çərçivəsində bu sənət növünün tarixindən bəhs edən rəqəmsal sərgi təqdim olunub.Fondun prezidenti Aktotı Raimkulova bu ənənənin fəlsəfəsinin dərinliyini qeyd edib və Türk xalqlarının milli mədəni irsinin birgə təbliğinin vacibliyini vurğulayıb. Bununla bağlı Fondun kuraka həsr olunmuş beynəlxalq konfransda iştirak etmək, o cümlədən Türk ölkələrinin incəsənətinin bu növü üzrə YUNESKO-ya birgə nominasiya dosyesini təqdim etmək planları qeyd olunub.