Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk dövlətlərinin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk dövlətlərinin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya rəsmi səfəri çərçivəsində Türk dövlətlərinin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Askar Abdrahmanov,Qırğızıstanın Fransadakı səfiri, QırğızRespublikasının UNESCO yanında daimi nümayəndəsi Sadık Şer-Niyaz, Türkiyə Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Gülnur Aybet, ÖzbəkistanRespublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Kamol Muxtarov, Türkmənistanın Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Maksat Çariyeviştirak edib.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk dövlət və xalqlarının mədəni irsinin qorunması, beynəlxalq miqyasda tanıdılması yönündə fəaliyyətlərindən söz açılıb. Ötən ilin 3 noyabrında Türk Dövlətləri Təşkilatının Astana Zirvəsində Türk dövlət başçıları tərəfindən qəbul olunan Türk Əsri (TurkTime) strateji inkişaf proqramı çərçivəsində Fondun cari və növbəti il üzrə həyata keçirilməsi planlaşdırılanlayihələrindən bəhs olunub.
Görüşdə UNESCO-nun dünyada mədəni irsinvə mədəni müxtəlifliyin qorunmasında mühüm rolu vurğulanıb. UNESCO tərəfindən tərtib edilmiş, müstəsna universal dəyərə malik obyektləri ehtiva edən Ümumdünya İrs Siyahısının önəminə diqqət çəkilib. FondunUNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün transmilli nominasiyaların hazırlanmasına hazır olduğu bildirilib. Eyni zamanda UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (International Memory of World Register) Türk dövlətlərinin nominasiyalarının təqdim olunması istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri ilə əməkdaşlığa hazır olduğu vurğulanıb.
Görüşdə Fond tərəfindən Türk Dünyasının ilk ensiklopedik əsəri hesab olunan “Divani Lüğat-it-Türk”ün 950 illiyinə həsr olunmuş nəşr layihəsinin gerçəkləşdirilməsinin, eləcə də kitabın təqdimatının UNESCO-nun baş qərargahında həyata keçirilməsininplanlaşdırılması qeyd olunub.
Görüş Türk mədəni irsinin beynəlxalq miqyasda daha geniş yayılması yönündə Fondun Türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəlikləri ilə birgə gələcək əməkdaşlığına dair müzakirələrlə davam edib.