Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri, YUNESKO üzrə Milli Komissiyasının sədri Rəşid Meredov ilə görüşüb...

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri, YUNESKO üzrə Milli Komissiyasının sədri Rəşid Meredov ilə görüşüb

16 may 2024 12:23

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Aşqabad şəhərinə rəsmisəfəri çərçivəsində Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və Türk dövlətlərinin YUNESKO üzrə nümayəndələri ilə birlikdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri, YUNESKO üzrə Milli Komissiyasının sədri Rəşid Meredov ilə görüşüb.

Görüşdə Türkmənistanın Anev şəhərinin 2024-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi  münasibətilə Türkmənistanhökumətinə təbriklər çatdırılıb. Cari ildə Anev şəhərinin Türk xalqlarının tarixi-mədəni irsini vurğulayan tədbirlərə ev sahibliyi etməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə müasir dövrdə ümumtürk dəyərlərinin qorunmasının və nəsillərə ötürülməsinin önəminə diqqət çəkilib. Türk Dünyasının inteqrasiyasının daha da  gücləndirilməsi istiqamətində Türk dövlətlərinin və təşkilatlarınınqarşılıqlı tərəfdaşlıq münasibətlərinin, koordinasiyalı fəaliyyətinin mühüm rolu vurğulanıb.

Görüş tərəfdaşlığın gələcək perspektivlərinin dəyərləndirilməsi ilə bağlı müzakirələrlə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur