Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya işgüzar səfəri çərçivəsində UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottoneilə görüşüb.
Görüşdə Fondun prioritet missiyasının Türk dövlət və xalqlarının çoxəsrlik dəyərlərinin, mədəniyyətinin mühafizəsi, beynəlxalq aləmdə təbliği olduğu qeyd edilib.
Fondun fəaliyyət istiqaməti çərçivəsində Türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyaları ilə sıx qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib.
Fond tərəfindən Türk xalqlarının maddi-mənəvimədəni irsinin qorunması və tanıdılması yönündə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs olunub. Fondun Türk Dünyasının maddi mədəni irsinin yaşadılması məqsədilə restovrasiya sahəsində gələcək layihələri haqqında məlumat verilib.
Fond tərəfindən bu il Türk xalqlarının milli-mənəvi dəyərlərini əhatə edən ən mükəmməl abidələrdən, eləcə də dünya dilçilik elminin incilərindən hesab olunan Mahmud Kaşğarinin“Divanü lüğat-it-türk” əsərinin 950 illiyinin qeyd olunması münasibətilə aparılan işlərə diqqət çəkilib.
Bildirilib ki, Fond tərəfindən “Divani Lüğat-it-Türk”ə həsr olunmuş nəşr layihəsi hazırlanır və kitabın təqdimatının UNESCO-nun baş qərargahında həyata keçirilməsi planlaşdırılır.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə başa çatıb.