Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku ilə görüşüb

21 mart 2024 16:50

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya rəsmi səfəri çərçivəsində UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku ilə görüşüb.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk xalqlarının qədim və zəngin mədəniyyətinin qorunması, tədqiqi və geniş miqyasda tanıdılması yönündə fəaliyyətlərindən söz açılıb.

Ötən ilin 3 noyabrında Türk Dövlətləri Təşkilatının Astana Zirvəsində Türk dövlət başçıları tərəfindən qəbul olunan Türk Əsri (TurkTime) strateji inkişaf proqramı çərçivəsində Fondun cari və növbəti il üzrə həyata keçirilməsiplanlaşdırılan layihələrindən bəhs olunub. 

Fond tərəfindən “Türk dünyasına baxış – 2040” konsepsiyası çərçivəsində əsas istiqamətlərdən biri olan “Türk Dünyasının Mədəni İrs Siyahısı”nın hazırlanması ilə bağlı aparılan işlərə diqqət çəkilib. 

Görüşdə həmçinin, Fondun Türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri vurğulanıb. UNESCO çərçivəsində Fondun cari il üzrə həyata keçirilməsi planlaşdırılan layihələri yüksək qiymətləndirilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur