Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Ankaraya rəsmi səfəri çərçivəsində Azərbaycanın və Qazaxıstanın Türkiyədəki səfirləri ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Ankaraya rəsmi səfəri çərçivəsində Azərbaycanın və Qazaxıstanın Türkiyədəki səfirləri ilə görüşüb

16 yanvar 2014 16:00

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və Qazaxıstan Respublikasının Türkiyə Respublikasındakı səfiri Yerkebulan Sapiyev ilə görüşüb.

Görüşlərdə Türk xalqlarının tarixi dostluq və qardaşlıq münasibətlərinin müasir dövrdə Türk dövlətlərinin başçıları tərəfindən uğurla davam etdirilməsindən söz açılıb. Milli-mədəni irs amilinin qlobal miqyasda, eləcə də Türk Dünyasında xalqların bir-birinə daha da yaxınlaşdırılması istiqamətində önəmli rolu vurğulanıb. Türk dövlətlərinin qədim və zəngin dəyərlərini öyrənən, qoruyan və beynəlxalq səviyyədə tanıdan Türk Mədəniyyəti və İrsi Fondunun çoxşaxəli fəaliyyətləri yüksək qiymətləndirilib.

Görüşlərdə Fond ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Qazaxıstan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi arasında əməkdaşlığın gələcək istiqamətləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur