Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Mətbuat Şurasını ziyarət edərək qurumun sədri Rəşad Məcid ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Mətbuat Şurasını ziyarət edərək qurumun sədri Rəşad Məcid ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasını ziyarət edərək Şuranın sədri Rəşad Məcid və İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Rəşad Məcid rəhbərlik etdiyi qurumun missiyası barədə Fondun prezidenti Aktotı Raimkulovaya ətraflı məlumat verib. O, Şuranın Türk Dünyasında fəaliyyət göstərən media orqanları və jurnalist təşkilatları ilə əməkdaşlığından söz açıb. Rəşad Məcid sözügedən əməkdaşlığın ortaq Türk xalqlarının mədəni irsinin təbliğinə, eləcə də media nümayəndələri arasında əlaqələrin inkişafına yönəldiyini vurğulayıb.
Aktotı Raimkulova rəhbərlik etdiyi Fond tərəfindən hazırda aparılan işlərdən və yaxın gələcək üçün nəzərdə tutulan layihələrdən söz açıb. O, təşkilatın fəaliyyətinin intensivləşdirilməsi üçün media amilinin zəruriliyini önə çəkib. Aktotı Raimkulova Fond ilə Mətbuat Şurasının əməkdaşlığının faydalı nəticələr doğuracağına əminliyini vurğulayıb.
Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Mətbuat Şurası arasında tərəfdaşlığın perspektivlərinin dəyərləndirilməsinə dair müzakirələrlə yekunlaşıb.