Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru ilə görüşüb

29 yanvar 2024 12:22

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edərək muzeyin direktoru Şirin Məlikova ilə görüşüb.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının qədim və zəngin tarixi-mədəni irsinin tədqiqi, qorunması və tanıdılması yönündə fəaliyyətlərindən söz açılıb. Türk xalqlarının maddi-mənəvi dəyərlərinin daha yaxından öyrənilməsi və təbliği sahəsində Fondun Türk dövlətlərinin müxtəlif muzeyləri ilə qarşılıqlı əlaqələrə önəm verməsi diqqətə çatdırılıb.

Fondun prezidenti Aktotı Raimkulova Şirin Məlikovanın Milli İncəsənət Muzeyinin direktoru kimi, eləcə də Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyini icar etdiyi dönəmdə fəaliyyətlərini yüksək qiymətləndirib.

Görüşdə Fond ilə Azərbaycan incəsənətinin müxtəlif dövrlərini əhatə edən əsərlərin muhafizə və nümayiş olunduğu Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş türk xalqlarının ortaq mədəni irsinin təbliği istiqamətində gələcək birgə tərəfdaşlığa dair fikir mübadiləsi ilə davam edib.

Sonda Aktotı Raimkulova Milli İncəsənət Muzeyini gəzərək, muzeyin bir sıra dünya ölkələrinin incəsənət tarixinin müxtəlif dövrlərini əhatə edən rəsm əsərləri və digər eksponatları ilə tanış olub.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur