Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bişkek şəhərinin meri ilə Anlaşma Memorandumu imzalayıb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bişkek şəhərinin meri ilə Anlaşma Memorandumu imzalayıb

19 yanvar 2024 22:22

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova 2024-cü il fevralın 19-da Qırğız Respublikasına səfəri çərçivəsində Bişkek şəhərinin meri Aybek Junuşəliyev ilə görüşüb.

Tərəflər Bişkekin tarixi-mədəni irsinin qorunması, bərpası və təbliği sahəsində qarşılıqlı əməkdaşlığa hazır olduqlarını vurğulayıblar. Bu niyyətin təsdiqi olaraq tərəflər Anlaşma Memorandumu imzalayıblar.

Qurulmuş əməkdaşlıq çərçivəsində ilk addım kimi tərəflər Bişkekdə yerləşən Alıkul Osmonovun Ev Muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin həyata keçirilməsini hərtərəfli nəzərdən keçiriblər. Layihə Türk Dövlətləri Təşkilatının 2023-cü il noyabrın 3-də keçirilmiş Astana Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq həyata keçirilir.

Aktotı Raimkulova Fondun layihənin gerçəkləşdirilməsindən sonra Alıkul Osmonovun Ev Muzeyinin Bişkekdə beynəlxalq səviyyəli yeni tarix və mədəniyyət abidəsinə çevrilməsinə köməklik göstərməyə hazır olduğunu qeyd edib.

Aybek Junuşəliyev Fondun Bişkekdə planlaşdırılan layihələrini dəstəkləməyə hazır olduğunu bildirib, onların şəhərin mədəni kimliyi, mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdən sonra tərəflər Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinə başlamaq üçün birgə praktiki addımları müəyyən ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur