Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti "Cenevrədə Türk həftəsi"nin açılış mərasimində iştirak edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti "Cenevrədə Türk həftəsi"nin açılış mərasimində iştirak edib

22 aprel 2024 14:22

Aprelin 22-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Cenevrədə Türk Həftəsinin Açılış Mərasimində iştirak edib. BMT-nin binasında keçirilən tədbiri BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya, hazırda Türk Dövlətləri Təşkilatına sədrlik edən Qazaxıstan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yerlan Alimbayev, Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Omuraliev kimi rəsmi şəxslər açıblar. 
Tədbirdə həmçinin, beynəlxalq təşkilatların, Cenevrədə yerləşən diplomatik korpusun, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edib. Mərasim Türk xalqlarının zəngin irsinə nəzər salmaq üçün fotoşəkillər, əl işləri, rəsmlər, milli geyimlər, zərgərlik məmulatları və ənənəvi mətbəx kimi bir sıra mədəni əşyaların nümayiş etdirildiyi canlı Türk Dünyası Sərgisi ilə davam edib.
Tədbirlər Türk Dünyasının mədəni müxtəlifliyini vurğulamaqla yanaşı, həm də əməkdaşlıq və qarşılıqlı əlaqələr vasitəsilə davamlı inkişaf məqsədlərinə nail olmaq üzrə dərin müzakirələr üçün platforma yaradıb. Türk Mədəniyyəti və İrsi Fondu “Cenevrədə Türk Həftəsi”nin həmtəşkilatçılarından biri kimi çıxış edib.
 

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur