Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ilə görüşüb.
Görüşdə hər iki təşkilatın fəaliyyət istiqamətləri, mədəni irsin qorunması və təbliğ edilməsi, bu sahədə gənc peşəkarların yetişdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türk Dünyasına aid ümumi irs nümunələrin daha geniş auditoriyalara tanıdılması istiqamətində bütün Türk dövlətlərinin səylərinin birləşdirilməsinə və Türk Mədəniyyəti və İrsi Fondunun burada xüsusi roluna diqqət çəkilib.
Bununla yanaşı Fond və Qoruq arasında tərəfdaşlığın gücləndirilməsi, eləcə də gələcək birgə layihələrin həyata keçirilməsi üzrə razılığa gəlinib.
Sonda A.Raimkulova İçərişəhərin tarixi memarlıq abidələri və “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olub.