Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti "İpək Yolu" Beynəlxalq Turizm Universitetini ziyarət edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti "İpək Yolu" Beynəlxalq Turizm Universitetini ziyarət edib

27 avqust 2024 16:27

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Özbəkistana səfəri çərçivəsində "İpək Yolu" Beynəlxalq Turizm Universitetini ziyarət edib.
Görüş zamanı Fondun Türk dünyasının müxtəlif ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Fond və "İpək Yolu" Beynəlxalq Turizm Universiteti ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin, həmçinin universitetdə "Türk İrsi Mərkəzi"nin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Görüş ümumtürk inteqrasiyasının gücləndirilməsi və bu xüsusda Türk Mədəniyyəti və İrsi Fondu ilə "İpək Yolu" Beynəlxalq Turizm Universitetinin gələcək əməkdaşlığının istiqamətlərinin müəyyənləşdirilməsinə dair müzakirələrlə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur