Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Manas” Qırğız Milli Teatrını ziyarət edib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Manas” Qırğız Milli Teatrını ziyarət edib
19 fevral 2024-cü il tarixində Qırğız Respublikasına səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Manas” Qırğız Milli Teatrını ziyarət edib və teatrın direktoru Aziz Biymirzaoğlu ilə görüşüb.
Aktotı Raimkulovaya qırğız xalqının dastançılıq sənətinin müxtəlif janrlarını təmsil edən mədəni proqram təqdim olunub.Teatrın direktoru və kollektivi ilə görüşdə Fondun ümumdünya epos sənətinin parlaq zirvəsi olan böyük “Manas” dastanının beynəlxalq aləmdə tanıdılması istiqamətində aktiv fəaliyyəti vurğulanıb.
Əməkdaşlığın perspektivli istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.Fondun Türk Dünyasının ayrılmaz parçası olan qırğız xalqının zəngin mədəni-mənəvi irsinin qorunması və təbliği yönündə fəal çalışmaları davam etdirməyə hazır olduğu vurğulanıb.