Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Özbəkistanın mədəniyyət naziri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Özbəkistanın mədəniyyət naziri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov ilə görüşüb.
Aktotı Raimkulova görüşdə Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” XIII Beynəlxalq Musiqi Festivalının açılış mərasiminin yüksək səviyyədə keçirildiyini vurğulayıb.
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun Özbəkistan Respublikası ilə qarşılıqlı tərəfdaşlıq məsələləri müzakirə olunub.
Fondun türk ölkələrinin maddi və qeyri-maddi dəyərlərinin qorunması və təbliği sahəsində normativ sənədin və Türk mədəni irsinin rəqəmsal platformasının yaradılması, YUNESKO-nun mənzil-qərargahında Divani Lüğət it-Türkün 950 illik yubileyinin təşkili istiqamətində Özbəkistan ilə əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.